Şəha, könlümdə daim bir həvəs var
Şəha, könlümdə daim bir həvəs var, Soram şəkər dodağından məgəsvar.
Sənin gülgün yanağın həsrətindən, Axar çeşmim yaşı həm çün Ərəsvar.*
Gəl ey ömri-əzizimdən əzizim Ki, sənsiz keçədür ömrüm əbəsvar.
Qənim olsun mana Fürqanü Incil, Əgər könlümdə səndən özgə kəs var.
Qulağıma gəlir hər gecə ta sübh Rəqiblərin ünü həm çün cərəsvar.
Sənin tərkini qılmaz bu Nəsimi, Necə ki, bu qəfəsdə bir nəfəs var.
Lüğət: Çeşm – Göz