Şəha, könlüm pərişan oldu sənsiz
Şəha, könlüm pərişan oldu sənsiz, Cigərim dopdolu qan oldu sənsiz.
Yəqindir səndən ayrı, şahi-xuban, Bu könlüm təxti viran oldu sənsiz.
Kimə bənzərsən ey sən, mahpeykər Ki, aləm bəndi-zindan oldu sənsiz.
Gözüm yaşı cahanı tutdu, ey can, Görən aydır ki, tufan oldu sənsiz.
Nəsimi quluna qıl çarə, dərman Ki, canlı gəldi, bican oldu sənsiz.