Əsas məzmuna keç

Qəzəl

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor

Məhəmməd Füzuli

1

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor, Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma, Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil, Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən, Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım, Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım, Xərabat əhlinin halini bir xummar olandan sor.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil, Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.

Lüğət: Əsrar – sirrlər, gizli sözlər; Mərdüm – göz giləsi; xalq, camaat; Kəvakib – ulduzlar; Fəttan – təşviq edici; çox fitnəli; gözəl; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.