Əsas məzmuna keç

Qəzəl

Şəfa lütf et məni-bimarə lə’li-nuşxəndindən

Məhəmməd Füzuli

1

Şəfa lütf et məni-bimarə lə’li-nuşxəndindən, Ikən həm olma, ey bidərd, qafil dərdməndindən.

Səməndin qətlimə səgritdin, əmma qorxum ondandır Ki, səbqət edə nagəh tövsəni-ömrüm səməndindən.

Müradi-xatirin gər müşkül olmaqdır işim, olsun, Nə çarə, keçmək olmaz xatiri-müşkülpəsəndindən.

Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney, Dəm urduqca əgər çıxsaydı atəş bənd-bəndindən.

Həris eylər məni pəndin məzaqi-eşqə, ey naseh! Diriğ etmə ki, məhzuzəm sənin peyvəstə pəndindən.

Kəməndi-dudi-ahindir, Füzuli, çərx boynunda, Əcəb səyyadsən kim, çərx qurtulmaz kəməndindən.

Lüğət: Tövsən – harın at; Diriğ – heyf; əsirgəmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.