Şəbi-hicran o qədər naləvü əfğan etdim
Şəbi-hicran o qədər naləvü əfğan etdim, Ta ki çeşmi-fələki halıma giryan etdim.
Görcək ol surəti-zibanı özümdən gedibən, Surəti-halıma surət kimi heyran etdim.
Bu təmənnadə idim kim, ola can qurbanın, Şükr lillah ki, axır sənə qurban etdim.
Eylədim dərdü qəmi-hicrə ölümdən çarə, Gör nə asan bu qədər müşgülə dərman etdim.
Ta dedim aşiqinəm qəhr ilə tökdün qanım, Aşiq oldum sənə, ey mah, məgər qan etdim?!
Oldu qətlimdə pəşiman, pəşimanəm kim, Nalə ilə özüm ol mahı pəşiman etdim.
O qədər ağladım ol mah qəmindən, Seyyid, Aqibət Nuh kimi aləmə tufan etdim.