Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa
Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa, Qıla peymaneyi-gərduni cəvahirpeyma.
Gizləyib çeşmeyi-xurşid suyun kuzeyi-çərx, Qətrə-qətrə qıla əncüm rəşəhatın peyda.
Lalərəng ola şəfəqdən fələki-minafam, Dişrə salmış kimi əksi-meyi-gülgun mina.
Məhi-növ camini dövrə gətirə saqiyi-dəhr, Əncümi-çərxə sala nəş’eyi-tə’siri-həva.
Mən həm ol ruhfəza rahi1 tökəm sağərə kim, Nəxli-himmət rəşəhatından ala nəşvü nüma.
Tutar olsam, nə əcəb, mey ətəgin dürd sifət, Eyləyibdir necə toprağ bu iksir tila.
Cam dövrində, Füzuli, oxudum mey vəsfin: Atəşi-xirməni-qəm, abi-həyati-hükəma.
Lüğət: Miftah – açar; Gərd – toz; Əncüm – ulduzlar; Rəşəhat – sızıntılar, damcılar; Gülgun – gül rəngli, gül üzlü; Nəxl – xurma ağacı; Dürd – şərabın dibinə çökən torta, xılt; Tila – qızıl suyu, qızıl