Əsas məzmuna keç

Qəzəl

Şaha, səndən hər nə gəlsə cana xoşdur, yaxşıdır

İmadəddin Nəsimi

1

Şaha, səndən hər nə gəlsə cana xoşdur, yaxşıdır, Cavidani-eşq üçün canana xoşdur, yaxşıdır.

Hər nə cövr etsən mana səndən könül xoşnud olar, Həq bilir kim, inciməz fərmana xoşdur, yaxşıdır.

Soydular çıxardılar, başdan ayağa pustumu, Aşiqəm, ah eyləmən qurbana xoşdur, yaxşıdır.

Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil, Cümlədə ayinəyəm pünhana xoşdur, yaxşıdır.

Mənsur oldum çün bu gün aləmdə faş oldum sizə, Mən ənəlhəq söylərəm ürfana xoşdur, yaxşıdır.

Şah yolunda eşq ilən baş verməyən mərdud olur, Lacərəm, meydan əri mərdana xoşdur, yaxşıdır.

Tə’nə qılma ey fəqih, zira Nəsimi fəzlinə, Netəkim, aşiqlərə nişana xoşdur, yaxşıdır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Xoşnud – Razı, şən; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; Netəkim – Necə ki

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.