Şadəm ki, könlüm oldu ol zülfü xalə mail
Şadəm ki, könlüm oldu ol zülfü xalə mail – Kim, qarəbəxtlikçün candan olubdu qabil.
Ey xoş o gün ki, tiğin çak eyləyə vücudum – Kim, çöhreyi-visalə, oldur aradə hail.
Əzbəs ki, tutmuşam xu hicrinlə, ey cəfacu, Olmaz dili-həzinim hərgiz visalə mail.
Rəmzi-dəhanın, ey gül, əhli-dəqayiq içrə, Nə sirrdir ki, salmış yüz bəhsü yüz məsail.
Oldu qübari-rahım mərdüm gözünə sürmə, Ta kuyin itlərindən kəsb eylədim fəzail.
Ağzın məbahisində nəfyi-vücud edənlər, Göftarə gəl ki, görsün isbatına dəlail.
Qıldı əsiri-qürbət bu Seyyidi-həzini, Bir sərvi-mahpeykər, bir şuxi-xoşşəmail.