Şad ol, ey qəmdidə könlüm, mehriban sülh eşqinə
Şad ol, ey qəmdidə könlüm, mehriban sülh eşqinə, Pir ikən ta ki, olum bir novcəvan, sülh eşqinə.
Köhnə dünya təzələnsin, rahət olsun bu həyat, Ta sevinsin büsbütün əhli-cahan, sülh eşqinə.
Hər kəs öz məqsudinə çatsın, çalınsın təbli-kam, Sülh ilə olsun cahan əmnü-aman, sülh eşqinə.
Gülsün aləmdə ədalət, mərhəmət, şən sevgilər, Qalmasın bu zülm əlindən ağlayan, sülh eşqinə.
Doğma qardaş tək dolansın bir-birilə xəlqlər, Can deyib həm can eşitsin, cümlə can, sülh eşqinə.
Yer üzü dönsün məhəbbət bağına, güllər açıb, Bülbüli-şeydalar olsun nəğməxan, sülh eşqinə.
Olsun azadə qələm dünyada Şuralar kimi, Ta Şəfailər də yazsın hər zaman, sülh eşqinə.