Əsas məzmuna keç

Qəzəl

Səzayi-tiyğ olur həddin təcavüz eyləyən mulər

Məhəmmədəli Şəfai

2

Səzayi-tiyğ olur həddin təcavüz eyləyən mulər, Onunçun tiyğidən azadədir müjganü əbrulər.

Tökülmüş gül üzə zülfi-siyahun, bu nə tüğyandır, Həzər etməzmi xəncər qaşlarundan ol səmən bulər.

Keçib əndazədən hicranın ey məh muyi-zülfün tək, Kəsilsin tiyği-vəslünlə belə həddin keçən mulər.

Xəyali-hüsni-mahünlə gündüzdür hər gecəm, lakin Şəbi-yeldayə döndərmiş günüm ol xali-hindulər.

Məni bu kəc nigahün zəxmi axır öldürür əlhəq, Nə hacət qətlimə ol tiyri-müjgan, tiyği-əbrulər.

Xəlayiq əl götür söylər belə əfsanə sözlərdən, Nədim məcnuni-eşqəm, şahidim-zənciyri-geysulər.

Şəfai, qəm yemə bir gün dəmi-tiyği-zəbanundan, Zəban kutah olur, tüğyan edən əğyari-bədgulər.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.