Sevmək sənəmləri, sınadım, bir bəla imiş
Sevmək sənəmləri, sınadım, bir bəla imiş, Aşiq olan həmişə qəmə mübtəla imiş.
Bir bütpərəst kimi sevəli qəm əsiriyəm, Hər qarə zülfə meyl eləmək bir xəta imiş.
Fərhad çəkdi əksini Şirinlə üz-üzə, Guya o bütpərəst idi, Şirin xuda imiş.
Kibrü qürurə müştəri olmuş zəmanəmiz, Ürfan isə cahanda gərəksiz məta imiş.
Zahidlərin könülləri mehrabə bağlanıb, Məscid əcəb ürək sıxıcı bir bina imiş.
Qəlbə, sanardım, eşq fərəh bəxş edər, fəqət, Duydum ki, möhnəti, qəmi biintəha imiş.
Verdin, Füzuli, könlünü bir nazlı dilbərə, Göstərdi imtahan ki, o da bivəfa imiş.