Əsas məzmuna keç

Qəzəl

Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst

Şah İsmayıl Xətai

1

Sərxoşi-cami-ələstəm ta əbəd hüşyar məst. Məsti-layə’qəl gəzərmən şəhr içində ar məst.

Sordular məndən ki, neyçün bidil oldun, mən dedim: – Ol səbəbdən bidil oldum, dilbərü dildar məst.

Həqqinə aşiq olanlar şirin cana qalmasın, Didara müştaq olanlar qibləsi didar məst.

Hər qəmişdən şəkkər olmaz, hər tikəndən tazə gül, Hər keyikin göbəyindən nafeyi-tatar məst.

Adəmi oldur ki, anda hüsnü xülqü lütf ola, Adəmi demə anı kim, cübbəvü dəstar məst.

Daima istər Xətayi şah cəmalın görməgə, Şol gədayi-alihümmət talibi-didar məst.

Lüğət: Didar – görüş, üz; Müştaq – istəyən, arzulayan; Keyik – maral; Hüsn – gözəllik; Xülq – təbiət, xasiyyət; Dəstar – çalma, sarıq, əmmamə; Şol – o; Talib – tələb edən, istəyən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.