Sərvin qatında sidrəvü Tuba rəvan olur
Sərvin qatında sidrəvü Tuba rəvan olur, Lə’lin şərabi-kövsərin içən rəvan olur.
Isa ləbin vüsalına irdivü buldu can, Hər kim ki, bildi ləmyəzəli, cavidan olur.
Ey hürieynə bənzədən ol Isəvi dəmi, Huri qaçan bu lütf ilə şirinzəban olur?
Eşqin hədisini nə qədər canda gizlədim, Sirr saxlamaz könül, bu səbəbdən əyan olur.
Hüsnün rümuzunu nə mələk bildi, nə bəşər, Hər dəgmə canəvərdə qaçan bu bəyan olur?
Nitqin utandırır mələki şol zamanda kim, Lə’lin hədisə başlarü gövhərfəşan olur.
Mişkin saçınla can ilə sevdaya düşməyən, Sərmayəsi xəsarətü sudu ziyan olur.
Yaşın niqab içində ki, hüsnündən ey pəri, Qopar fəğanü fitneyi-axırzaman olur.
Üzündə gərçi ayəti oldu otuz iki, Hər birisi müvəhhidə yüz min nişan olur.
Hər kim ki, həqqi əhsəni-surətdə görmədi, Həq ta əbəd anın nəzərindən nihan olur.
Vəslində zində oldu Nəsimi iləl-əbəd, Abi-həyata vasil olan cavidan olur.
Lüğət: Şərabi – nab – Saf şərab; Ləmyəzəl – Əbədi, ölməz; Rümuz – Rəmzlər S; Dəgmə – Nadan; Canəvər – Heyvan; Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət; Ziya – Parıltı; Zində – Diri