Əsas məzmuna keç

Qəzəl

Sərvi-azad qədinilə mana yeksan görünür

Məhəmməd Füzuli

1

Sərvi-azad qədinilə mana yeksan görünür, Nəyə sərgəştə olan baxsa, xuraman görünür.

Can görünməz desələr təndə inanman, nişə kim, Lütfdən hər necə baxsam təninə, can görünür.

Derəm əhvalımı cananə qılam ərz, vəli, Görə bilmən özümü onda ki, canan görünür.

Ey deyən: səbr qıl, ah eyləmə yari görcək, Mənə düşvardır ol, gər sənə asan görünür.

Sordum əhvalımı eşqində münəccimlərdən, Baxdılar tale’ evinə, dedilər: qan görünür.

Nə kəmandarsan, ey məh, ki, atıb qəmzə oxun, Yıxdığın seyddə nə zəxm, nə peykan görünür.

Bir sənəm zülfünə guya ki, veribdir könlün Ki, Füzulinin ikən halı pərişan görünür.

Lüğət: Sərgəştə – avara, heyran; Düşvar – çətin, müşkül. E; Seyd – ov, şikar; Zəxm – yara; Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.