Sərvdə qəddin qədər yoxdur gözəllik, ey pəri
Sərvdə qəddin qədər yoxdur gözəllik, ey pəri, Leyk o sabit dayanmış, sən gəzərsən hər yeri.
Qamətindən sərv, üzündən gül utandı, oldu xar, Bir daha bağban əli varmaz suvarsın gülləri.
Yox qəmindən başqa tənhalıq dəmində həmdəmim, Hər kəsin varsa qəmi, təklikdə vardır yavəri.
Zövq verməz eşq gər risva deyilsə əhli-eşq, Qorxmamışdır tənədən aşiq əzəl gündən bəri.
Ey düşən ömründə daim mənfəət sevdasına, Bil, gözəl sərmayədir dünyada elmin gövhəri.
Eşqdə səbr eyləmək xoşdur, çox etdim imtəhan, Anladım, mümkün deyildir, ey gözəllər sərvəri!
Gəl Füzulinin gözündən qanlı yaş tək getmə kim, Gül camalından uzaq əfzun olur dərdü səri.