Əsas məzmuna keç

Qəzəl

Sərv hərçənd rüunətdə qədin tayı degil

Seyid Əzim Şirvani

1

Sərv hərçənd rüunətdə qədin tayı degil, Bu qədər var, sənin kimi o hərcayi degil.

Eyləyən sineyi-çaki hədəfi-tiri-bəla, Kiprigin oxları, yainki qaşın yayı degil?

Görüb əbrusunu şəmşirə baxırsan əgri, Zahida, başın üçün bu ramazan ayı degil.

Kimdi bəs sineyi-suzandə fəryadə gələn, Dil gedib zülfi ilə, bu dili-şeydayi degil.

Vayımı yar eşidib, vay könül, söylədi kim, Seyyidim çoxdan ölübdür, bu onun vayı degil.

Badeyi-sağərimi alma əlimdən, ey şeyx, Qismətimdir bu mənim, bu atovun payı degil.

Sinədə yarələrim saydı, dedi: «min» – cərrah, Səhv edib bu, hələ mindən birinin sayı degil.

Demə, zahid nəzər etməz görə gər ol ayı, Seyyid, getmə kəc, axır bu qədər ayı degil.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.