Əsas məzmuna keç

Qəzəl

Sərv boylum sayə salsa başıma gər bir kərə

Məhəmməd Füzuli

1

Sərv boylum sayə salsa başıma gər bir kərə, Saxlaram daim başımda, qoymaram düşsün yerə.

Çöhreyi-cananda görməkdənsə bir anlıq qəzəb, Razıyam qəlbim toxunsun gündə yüz min xəncərə.

Yüz bəla dami qurub, könlüm quşun seyd eylədin, Hər düyün vurduqca sən, canan, o zülfi-ənbərə.

Bir qaşı düşmüş üzük tək sinəm oldu çak-çak, Sındı qəlbim, qədd büküldü, düşdü canım qəmlərə.

Var yeri, əlbəttə ki, olsa dəmirbənd ayinə, Əksini tutmuş müqabil sən kimi bir dilbərə.

Mərdümi-çeşmim çətin ləli-ləbindən ayrıla, Qurtuluş tapmaz düşəndə arı şəhdü şəkkərə.

Ey Füzuli, ol bütün şövqün salıbsan qəlbinə, Qorxmayırsanmı səni dinin yolundan döndərə?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.