Sənsizin könlüm, şəha, bir külbeyi-viranədir
Sənsizin könlüm, şəha, bir külbeyi-viranədir, Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Canə can etdim yəqin ilə əzəldən həq bilür, Canımın canı mənim şol dilbəri-cananədir.
Getdi ömrüm, hiç dinlənmən vüsalindən anın, Şol məhi-namehribanın meyli çün hicranədir.
Hər gecə ta sübh hüsnin şəm’inə pərvanə tək Cümlə aləmlər fəğanımdan tutub yanədir.
Ey Xətayi, sən yəqin bil kim, bu fani dünyada Bivəfalərdən məhəbbət istəyən divanədir.
Lüğət: Şol – o; Hüsn – gözəllik