Əsas məzmuna keç

Qəzəl

Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh

Seyid Əzim Şirvani

1

Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh, Ətrindən olmasa güli-rənadə, yox fərəh.

Eylə mərizi-eşqə ləbin çarə, ey həkim, Məcuni-ləli-nabi-müsəffadə yox fərəh!

Derlərdi zəfəranı müfərreh, nədəndi bəs, Rəngim saraldı, yarə bu mənadə yox fərəh!

Busə nə qədr çox ola xoş, laəqəl iki, Məşhurdur ki, buseyi-tənhadə yox fərəh.

Meydən murad buseyi-sağərdir, ey könül, Məşrutu olmayan meyi-səhbadə yox fərəh.

Meracın ilə oldu fərəhnak ərşiyan, Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh.

Nadan tapar həmişə fərəh vəsli-yardən, Seyyid, cahanda xatiri-danadə yox fərəh.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.