Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi
Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi, Təni-zarımda təvan, cismdə canım yox idi.
Ölməyib hicrdə kim vəslinə yetdim, ey məh, Səxtcan olduğuma böylə gümanım yox idi.
Olmasa kimsə qəmimdən mənim agəh deyibən, Gərçi dərdim çox idi, ahü fəğanım yox idi.
Ta səhər zülfi-siyahü dəhənin yadı ilə, Yox idi şəb ki, mənim suzi-nihanım yox idi.
Kakilin şövqi ilə Seyyidi-sərgəştə kimi, Dolanırdım, o səri-kudə məkanım yox idi.