Əsas məzmuna keç

Qəzəl

Sənsən həmişə surətü mə’nidə şahimiz

Şah İsmayıl Xətai

1

Sənsən həmişə surətü mə’nidə şahimiz, Bilgil yəqin ki, arada həqdir güvahimiz.

Ey xubların güzidəsi, rövşən yüzün kimi Nola əgər səfid ola bəxti-siyahimiz.

Vəslindən ayru möhnətü hicran içində mən, Əflakə düşdü ğülğüleyi-suzi-ahimiz.

Billah, inan, bu doğru sözü əgri sanma kim, Lütfündən özgə dünyadə yoxdur pənahimiz.

Bəndə Xətayi canını sana fəda qılur, Ey afitab təl’ətü sün’i-ilahimiz.

Lüğət: Güvah – şahid; Xublar – gözəllər; Siyah – qara; İnan – cilov

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.