Əsas məzmuna keç

Qəzəl

Sənsən cahan içində bu gün padşahimiz

Şah İsmayıl Xətai

1

Sənsən cahan içində bu gün padşahimiz, Ruzi-əzəldə həzrətin oldu pənahimiz.

Cövr etmə mən şikəstə dilü binəvayə kim, Çün səndən özgə kimsənə yox dadxahimiz.

Hər xanda kim, sücud edərisəm be e’tiqad, Mehrabi-qaşlarındadurur qəbləgahimiz.

Bir gün tərəhhüm eyləmədin xaksarına, Yarəb, nə sadir oldu qapunda günahimiz?

Ğəmdən Xətayi dərd ilən incəldi çün hilal, Bir mahdır görünmədi ol hüsni mahimiz.

Lüğət: Cövr – zülm; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Tərəhhüm – rəhm etmək, birisinə acımaq; Hilal – aypara; Hüsn – gözəllik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.