Əsas məzmuna keç

Qəzəl

Sənmisən yanımda, cana, yoxsa xabımdır mənim

Şah İsmayıl Xətai

1

Sənmisən yanımda, cana, yoxsa xabımdır mənim Kim, fələkdən yerə enmiş mahtabımdır mənim?

Eşigində dəmbədəm baran degildir su səpən, Çeşmeyi-dildən çıxan çeşmi-pürabımdır mənim.

Ey rəqiba, orta yerdə hər dəm olmagil hica, Hüsni anın dünyədə bir afitabımdır mənim.

Sanmanız kim, kəştidir dəryalər üzrə seyr edən, Gözlərim yaşında bu cismi-hübabımdır mənim.

Etdim: – Ey dilbər, Xətayiyə cəfalər qılma çox, Dedi kim, ğəm çəkməgil, nazü itabımdır mənim.

Lüğət: Baran – yağış; Çeşmeyi – heyvan – dirilik bulağı; Çeşmi – giryan – ağlar göz; Hüsn – gözəllik; Kəşti – gəmi, qayıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.