Sənmisən, ey mahsurət, cənnətin eynində hur
Sənmisən, ey mahsurət, cənnətin eynində hur, Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
Ayəti-ərşi-səmadandır lətafət sözlərin, Dər məani cəm’ qıldı dürri-məknun zühur.
Çeşmeyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin, Kim ola ol kim, qıla mehr ilə vəslinə səbur.
Şübhədən arındı ol kim, qıldı iqrari-səlat, Ta əbəd məst oldu, içdi cür’eyi-mai təhur.
Kim ki, məhbubun liqasın gördü ol eynəl-yəqin, Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur.
Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri, Çünki vəslə vasil oldu, eşq ilə buldu hüzur.
Lüğət: Nur – İşıq; Məani – Mə’nalar; Səbur – Səbirli; Səlat – Birləşmə, əlaqə; Dua; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Çakər – Nökər