Əsas məzmuna keç

Qəzəl

Sənin tək dilbəri-cananə yetdim

Şah İsmayıl Xətai

1

Sənin tək dilbəri-cananə yetdim, Zi hicran ölmüş ikən canə yetdim.

Saçın küfrinə olmuşdum giriftar, Yüzüni görgəcin imanə yetdim.

Eşigin itlərilə həmnişinəm, Nə dövlətlü qulam, sultanə yetdim.

Könül qalmışdı hicran zülmətində, Ləbindən çeşmeyi-heyvanə yetdim.

Ğəmindən gözlərim kövkəb kimidir, Şükür kim, bir məhi-tabanə yetdim.

Misali-qətrə idim, qətrə, üzdüm, Behəmdullah, yenə ümmanə yetdim.

Xətayi xəstədir vəslin gədası, Qapundan vayəvü ehsanə yetdim.

Lüğət: Giriftar – tutulmuş; Çeşmeyi – heyvan – dirilik bulağı; Kövkəb – ulduz; Vəsl – qovuşmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.