Əsas məzmuna keç

Qəzəl

Sənin qəminlə, gülüm, biqərar olubdur dil

Məhəmməd Füzuli

1

Sənin qəminlə, gülüm, biqərar olubdur dil, Bu qəmli könlümün halından olma gəl qafil.

O kəs ki, eşqə inanmaz, demə o insandır, Məzaqi-nəşeyi-eşq ilə şəxs olur qabil.

Nədən desən kəsərəm meylimi, deyil mümkün Ki, olmayam, gözəlim, bir ayüzlüyə mayil.

Varımdır eşqdə bir müşkülüm, ümid edərəm Sən ilə müşkülüm asan olur, vəli müşkil!

Hanı o eşqdə səbrü səbatdən dəm uran, Niqabsız üzünü görcək olmasın o xəcil.

Təvafı bizlərə vacib olan o Kəbə evi Dilər ki, xaki-dərin öpməyə ola nail.

Kənara çıxma, Füzuli, nigar kuyindən, Onun kimi ola bilməz şərəfli bir mənzil.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.