Sənin feyzi-vücudunla işıqlanmış bütün aləm
Sənin feyzi-vücudunla işıqlanmış bütün aləm, Kəmali-qüdrətindəndir ki, torpaqdan durub Adəm.
Şəbi-meracdə təzimin ulduzlar bilib vacib, Ayağın öpməyin zövqünə düşmüş gərdişi-əzəm.
Şəbi-meraci gündüz tək işıqlandırdı rüxsarın, Sənin iqbalın əzmilə keçibdir əşhəbi-Ədhəm.
Olublar vəhyə sahib çoxları, hərgiz bu hörmətlə, Sənin tək barigahi-həqqə onlar olmamış məhrəm.
Böyüksən, şöhrətin vəsf etməyə bir ölçümüz yoxdur, Yetişməz rütbənə dördüncü göydə Isiyi-Məryəm.
Ən alçaq mənzilət tabelərinçün baği-cənnətdir, Səni inkar edən kəslər cəhənnəmdə yanar möhkəm.
Füzuli müttəsil sərməstdir, əzmi-təvafinlə, Bu əzmindən ayırma sən onu, ta ömr var bir dəm.