Əsas məzmuna keç

Qəzəl

Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir

İmadəddin Nəsimi

1

Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir, Qəfil mən eşqinə düşdüm, nədir çarə, nədir tədbir?

Yatırkən dün gecə gördüm siyah zülfünü boynumda, Oyandım dedim, ey dilbər, nədir bu rəmzimə tə’bir?

Divanə oldu dəli könül, saçın zəncirinə bağla, Mənim könlüm dəlisinə sənin zülfün teli zəncir.

Vücudum padişahisən, könül verdim, səni sevdim, Sənə könül verən aşiq qaçan can eyləyə təqsir?

Nəsimi, namusü arı əgər aşiq isən tərk et, Aşiqlər boynuna biçmiş məlamət donunu təqdir.

Lüğət: Mürşid – Ruhani rəhbər; Məlamət – Danlaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.