Əsas məzmuna keç

Qəzəl

Sənin əksin deyil ayinədə, ey nazlı sənəm

Məhəmməd Füzuli

1

Sənin əksin deyil ayinədə, ey nazlı sənəm, Bəlkə bətnində Məsihasını bəslər Məryəm.

Ayağın öpməyinin dövlətinə yetməz əlim, Mənim ol həsrət əgərçi eləyib qəddimi xəm.

Onun əbrusu və rüxsarı kimi az görünür, Yeni ay ilə günəş çeşməsi olsun bahəm.

Var idi qamətinin nəqşi mənim sinəmdə, Görməmişdi o zaman kim, fələyin lövhü qələm.

Necə bir tazəvü tər olmaya reyhani-xətin Ki, çəkir çeşmeyi-xurşiddən hər ləhzədə nəm.

Köhnəlibdir daha çoxdan fələyin eyvanı, Yağdırır başımıza toz kimi min möhnətü qəm.

Xeyli müddətdi Füzuli o pəri rüxsarın Yadi-ləlilə könül qanı yeyidir hər dəm.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.