Səni kimdir sevən bica, qərənfil?
Səni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda qərənfil!
Səni gülşən əra aşüftə gördüm, Yəqin bildim dutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan, Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən, Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdəyi-nazın kənar et! Unutma aşiqi, haşa, qərənfil!
Lüğət: Aşüftə – pərişan B; Driğa – heyf; Tələt – üz