Sənə verdim könül, göz çəkdim həm canandan, həm candan
Sənə verdim könül, göz çəkdim həm canandan, həm candan, Yaxıb bir şəm, qovdum dostları mən ol şəbistandan.
Bəla qəlbə yetər gözdən, – dedin, mən bu yolu tutdum, Ayağın torpağını isladıb gözdən axan qandan.
Önündə parələnmiş sinəmi tikdim., budur vəchi Ki, qəlbim seyr edirdi hüsnünü çaki-giribandan.
Ciyər qanımla tikdim bir bina, ey göz yaşım, axdın, Daş üstə qoymadın daş, dad əlindən, sən o eyvandan.
Gözümdən bəlkə xoşlansın, deyə ol mahrüxsarım, Bəzək vurdum ona gözdən axan ləl ilə mərcandan.
Məlamət dağını çapmaq mənə artıq nəsib olmuş, Dayan nəqşin kimi sakit, çıx, ey Fərhad, meydandan.
Füzuli, aləmin qeydinə bağlıydım, bihəmdüllah, Könül dilbərlərə verdim, xilas oldum o zindandan.