Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı
Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı, Olurdu nəqdi-can ilə cahan əhli xəridarı.
O mahi-zərfüruşun qalmışam didarına həsrət, Hücumi-müştəridən gərmdir əzbəs ki, bazarı.
Gəlir ol Yusifin bazarına zali-fələk hər gün, Gecə ta sübh kövkəblərdən eylər cəm dinarı.
Əyari-nəqdi-eşqi, ey könül, sərraf olandan sor, Büruz eylər məhəkdə simi-nabın qədrü miqdarı.
Nə bilsin bibəsərlər qiymətin əşari-canbəxşin, Apar sərrafə göstər, Seyyida, bu dürri-şəhvarı.