Səndən özgə yarım olsa, ey pərivəş simtən
Səndən özgə yarım olsa, ey pərivəş simtən Asitanın çövrəsində qoy ki, xak olsun bədən.
Ol rəqiblər tə’nəsindən ehtirazın ta nədir? Bəndəyə hiç iltifatın yoxdurur, yarəb, nədən?
Ol yüzi gül, zülfi sünbül, qaməti sərvi-rəvan Ruzü şəb dutmuşdurur çeşmim kənarında vətən.
Sorsam ol şirin dodağın püstəmidir, ya nəbat, Yarəb, ol nazik vücudun ya səmindir, ya səmən?
Çini-zülfində Xətayi ta dutubdur məskənin, Yarəb, ol gülgün yanağın gülmidir, ya nəstərən?
Lüğət: Simtən – gümüş bədən; Asitan – eşik, astana, hökmdar qapısı; Xak – torpaq; Ehtiraz – çəkinmə, ehtiyat; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Şəb – gecə; Çeşmi – giryan – ağlar göz; Nəstərən – itburnu, ağ rəngli çiçək