Səndən özgə bizlərin yoxdur pənahı, ya nəbi
Səndən özgə bizlərin yoxdur pənahı, ya nəbi! Dərgəhindir bizlərin ümmidgahı, ya nəbi!
Ol zamandan kim, yolunda rahi-həqqi tapmışıq, Azmarıq heç bir zaman bu doğru rahı, ya nəbi!
Cümlə məxluqatə lütfün şamil olmaqçün sənə Vasitə qıldıq fəğanü suzi-ahı, ya nəbi!
Çünki sənsən ruzi-məhşərdə şəfaətçi bizə, Bak qalmaz ümmətin olsa günahı, ya nəbi!
Istər olsun əmr, istər nəhy, hər hökmün sənin Həqqdir, heç kimsənin yox iştibahı, ya nəbi!
Lütfünə ümmidvarıq, nə o naqis taətə, Qılmayıb, ya qılmışıq biz gah-gahi, ya nəbi!
Feyzi-ədlinlə tapıbdır nəzm cümlə kainat, Aləmin yox səndən özgə padşahı, ya nəbi!
Bəs ki, çoxdur cürmü, susmuşdur Füzuli, neyləsin? Səndən özgə yox onun bir üzrxahı, ya nəbi!