Səndən məni kimdir ayıran, sən
Səndən məni kimdir ayıran, sən Zahirdə vü batinimdə sənsən.
Həq vahidi-la-şərikü ləhdir, Sənlik aradan götür ki, mənsən.
Ey aşiqi-sadiq, eylə bil ki, Mə’şuqə rəvanü sən bədənsən.
Çün zahirü batin oldu vahid, Həm cövhəri-canü eyni-tənsən.
Bil gövhərinivü cövhəri ol, Gər nə həcəri-gühərşikənsən.
Yarın ətəyin qaçırdın əldən, Düşdün bu cəzayə gör nədən sən?
Fərhad ilə Xosrova, Nəsimi, Şirin gəlici şəkərdəhənsən.
Lüğət: Həcər – Daş; Yarın – Səhər