Əsas məzmuna keç

Qəzəl

Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim

Seyid Əzim Şirvani

1

Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim, Əhli-eşqi səri-kuyində fəda görmüş idim.

Kəbeyi-kuyin idi səcdəgəhi-əhli-səfa, Taqi-əbrulərüvi qiblənüma görmüş idim.

Kimə sən qəhr ilə düşnam verəydin, ey şux, Əvəzində sənə mən xeyr-dua görmüş idim.

Manim ol hüsni-cahansuz ki, məşuqumdur, Səndən, ey dilbəri-xurşidliqa, görmüş idim.

Çini-zülfündə ki, bənd idi dili-pürxunum, Nəkhət ilə onu mən müşki-Xəta görmüş idim.

Məzhər olmadı yüzün pərtövi-şəmsi-əzələ, Mən səni məzhəri-ənvari-xuda görmüş idim.

Hüsni-yari-əzəl olmuşdu çü səndən zahir, Seyyidin eşqini ol hüsnə rəva görmuş idim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.