Əsas məzmuna keç

Qəzəl

Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz

Seyid Əzim Şirvani

1

Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz, Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.

Zövq verməz dəxi eşq əhlinə şirin dəhənin, Təlx olur sözlərin, asari-məlahət qalmaz.

Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət, Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz.

Xət basar arizüvi hüsnüvü eylər bərhəm, Dəxi ol nəqşi-dilaradə təravət qalmaz.

Ləblərin möciz ilə mürdələr etməz ehya, Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz.

Gözlərin yadı ilə sinədə asayiş yox, İki bimar olan xanədə rahət qalmaz.

Ləbi-yar ilə mükərrər ola gər qafiyələr, Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.