Sən üzündən aləmi rövşən qılıb saldın niqab
Sən üzündən aləmi rövşən qılıb saldın niqab, Yazıya1 salsın bu gündən böylə nurin afitab.
Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah, Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.
Əks ruyin suya salmış sayə, zülfün toprağa, Ənbər etmiş toprağın adın, suyun ismin gülab.
Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin Kim, yeli bağrına basıb, suya göz dikmiş hübab.
Lə’lgun meydir əlində sağəri-simin ilə, Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?
Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm, Eyləyib məhbublər məcmuəsindən intixab.
Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq, Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab”2
Lüğət: Məzhər – bir şeyin zahir olduğu yer; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Sağər – qədəh, piyalə; Nigin – üzük qaşı; Rəşk – həsəd, qısqanmaq; Kilk – qələm; Lövh – lövhə, səhifə. M