Əsas məzmuna keç

Qəzəl

Sən sana gər yar isən var, ey könül, yar istəmə

İmadəddin Nəsimi

1

Sən sana gər yar isən var, ey könül, yar istəmə! Yarü dildar ol sana, sən yarü dildar istəmə!

Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa? Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

Gül bulunmaz bu dikənli dünyanın bağında çün, Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!

Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər, Altunu tanı, zəğəldən ari dinar istəmə!

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim, Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!

Ari göftar, ey könül, gerçəklərin nitqidürür, Hər diliəgridə yoxdur ari göftar, istəmə!

Cifədir dünya, anın talibləri adı kilab, Olma kəlb anın kim, oldu adı murdar, istəmə!

Şərbəti ağuludur fani cahanın, sən anın Şərbətindən nuşudaru umma, zinhar istəmə!

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit, Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün, Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!

______________________Milli Kitabxana_______________________

Lüğət: Əbsəm – Lal; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Kilab – İtlər; Kəlb – İt; Səbükbar – Yükü yüngül; Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.