Sən mənə yar olalı baisi-azarımsan
Sən mənə yar olalı baisi-azarımsan, Dözməyim mən necə azarına kim, yarımsan.
Baş qaçırmam vurasan gər o qədər səngi-cəfa, Çün sitəmkar sənəm, yari-cəfakarımsan.
Zövq alır qəlbim odundan, bədənim dağından, Rahəti-canü dilim, nəşəli dildarımsan.
Bixəbərdir dili-zarım öz-özündən sənsiz, Sən barı tut xəbər ondan, belə qəmxarımsan.
Yuxusuzluq qəmini sən ki bilirsən, gecələr Yuxusuz gözdə mənim məhrəmi-əsrarımsan.
Bilmədin ki, mərəzi-eşq nədir, ey naseh, Bir ömürdür ki, təbibi-dini-bimarımsan.
Ey Füzuli, mənə çox eşqdə irad eləmə, Deyiləm razı, bu yolda mənim əğyarımsan.