Əsas məzmuna keç

Qəzəl

Sən mana, dilbər, yetərsən, özgələr yar olmasın

İmadəddin Nəsimi

1

Sən mana, dilbər, yetərsən, özgələr yar olmasın, Bir olur yar iki olmaz, iki zinhar olmasın.

Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü, Növbahar olsun, gül olsun, arada xar olmasın.

Doğrudur yarın yolu, doğru qayırma yarədən, Kim ki, doğru yol verər, anın yeri dar olmasın.

Ey səkiz cənnati-ədnin bağü bostanı üzün, Güldən anın gülşəni bibərgü bibar olmasın!

Kim ki, didarından özgə nəsnə istər, ya dilər, Yetməsin həqdən nəsibi, əhli-didar olmasın!

Firqətin dərdi məni bixabü giryan eylədi, Düşmənin ömrü tükənsin, bəxti bidar olmasın!

Tutmuşam eşqinlə peyman, qılmışam hüsnünlə əhd, Andan özgə əhdü peyman, qövlü iqrar olmasın.

Zülfünün dərdində, şaha, asılan Mənsur idi, Hər ki, Mənsur olmadı, zülfündə bər-dar olmasın.

Imdi ki, eynindən ayru kimsə xoş bimar ikən, Yarəb, ol nərgisdən özgə kimsə bimar olmasın.

Ey Nəsimi, qılma yarın sirrini əğyara faş Ta ki, yar olsun bu sirrə məhrəm, əğyar olmasın.

Lüğət: Xar – Tikan; Yarın – Səhər; Dar – Ev; Nəsnə – Bir şey; Didar – Görüş; Giryan – Ağlar; Qövl – Qohum; Bimar – Xəstə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.