Əsas məzmuna keç

Qəzəl

Sel kimi göz yaşım etdi qəlbimi viran, aman

Məhəmməd Füzuli

1

Sel kimi göz yaşım etdi qəlbimi viran, aman! Söndü cismimdə bu seldən atəşi-suzan, aman!

Çəkdi şölə eşq odu sinəmdə, yaxdı hər nə var, Bir mənə göz yaşı qaldı, bir kədər, əfğan, aman!

Sildi zalım göz yaşım gözdən xəyalin əksini, Son təsəllimi əlimdən aldı bu dövran, aman!

Odlu ahımdan ciyərdə su dönüb oldu buxar, Axdı ağlar gözlərimdən su yerinə qan, aman!

Hardan alsın gözlərim qan? Bir ox ilə qəlbimin Yerə tökdün qanını, peykanına qurban, aman!

Tapmıram məskən cahanda, eyləmişdir göz yaşım Bir cəfa mülkündən özgə hər yeri viran, aman!

Dərd əlindən tərk edərdim aləmi, canan dedi: Döz mənim eşqimlə, aləm olsa da zindan, aman!

Ey Füzuli, şükrlər olsun ki, Allah eşqinə, Lütfi-həqq yar oldu, qəlbim bilmədi hicran, aman!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.