Əsas məzmuna keç

Qəzəl

____________

İmadəddin Nəsimi

1

____________ * Araz çayı kimi.

Üzün güldür, ləbin lə’li-şəkərbar, Gözün cadu, saçındır mişki-tatar.

Mən aşiq olmuşam şol xəttü xala, Əgər qanım tökərsən, əllərin var!

Mənəm yardan cüda, ol yar məndən, Ilahi, olmasın hiç kimsə biyar!

Ayağın torpağından tutiyatək, Həzaran müştəri vardır xəridar.

Nəsimi halını sorgil, nigara, Kəməndi-eşqinə olmuş giriftar.

Lüğət: Şol – O; Cüda – Ayrı; Həzaran – Yüzlərlə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.