***
***
İsmin ilə başladım, ey arizular məzhəri! Ey olan zati ğəni, ey gəncü dövlət sərvəri!
Ey səxavət mənbəyi, ey varlığı icad edən! Ey qədim mülkü fənasız, ey dəyişməz cövhəri!
Ey ümumə lütf edib, şadlıq səfasın bəxş edən! Ey təbibi-qəlb olan, ey həll edən müşkülləri!
Tövbə qıldı bir günah etmişdisə qəlbim mənim, Bilmiş öz səhvü xətasın, əfv qıl bu müztəri!
Qibləgahım, olmaram qul səndən özgə kimsəyə, Tanrısan, ruzi verənsən, yoxdu səndən digəri!
Ən böyük bir rütbəyə yüksəldi səndən qədrimiz, Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!
Qəlbimi nurunla açdın, nolar açsan nitqimi, Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri!
Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl, Şerim ilə zahir olsun gizli hikmət zivəri!
Lütfün əlası sözün bilməkdədir mənasını, Həmd qıl, vermiş, Füzuli, hər sənə bu gövhəri.