Əsas məzmuna keç

Qəzəl

Səgridir cilvəyə ol sərv səməndin yenəməz

Məhəmməd Füzuli

2

Səgridir cilvəyə ol sərv səməndin yenəməz, Kim onu görsə fəğan etməyə kəndin yenəməz.

Gərçi şümşad lətafətdə çəkibdir gögə baş, Naz bəhsində onun sərvi-büləndin yenəməz.

Eylə divanəligə düşdü könül kim, dildar Salsa gər boynuna həm zülfi-kəməndin yenəməz.

Qaça bilməz dili-divanə saçın qeydindən, Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.

Edəməz mən’ Füzulini qədəhdən zahid, Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.

Lüğət: Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.