Səfərçün çıxdı evdən o gülüzlü məhliqa dilbər
Səfərçün çıxdı evdən o gülüzlü məhliqa dilbər, Gözümdən axdı aramsız üzə yüz qətreyi-əhmər.
Məgər xurşid eşqində qəbasın parçalar hər şəb Ki, hər gün başqa bir dondan çıxardı baş, tülu eylər?
Bu axşam gün camalından xəcalət çəkdi, gizləndi, Olar biabiru bir də çıxarsa pərdədən peykər.
Yanıb həsrət odunda hər gecə mən ahlər çəkdim, Çıxa ta qanlı peykanı ciyərdən, vurmaya neştər.
Xəyali-nuki-müjganın düşərsə qəlbi-dəryayə, O dəryadən çıxa bilməz yəqin nasüftə bir gövhər.
Nədən bilməm ki, kuyində ediblər qətl üşşaqı, Bu sevdayə düşənlər də xəbərsiz getdilər yeksər.
Füzuli, dəhrdən daim yetər hər cür sənə möhnət, Çıxıb getmək gərək, lazım deyil onda salaq ləngər.