Əsas məzmuna keç

Qəzəl

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər

Məhəmməd Füzuli

1

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər, Əsər ki var, xərab olmağa bəhanə yetər.

Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak, Demin ki, yeddi kəmandarə bir nişanə yetər.

Bəyanə yetməyə dərdü qəmim fəsanələri, Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.

Qopardı mərdümi-çeşmim könül binasın kim, Hübabi-əşk həva nəqdinə xəzanə yetər.

Ləbin xəyalı ilə parə-parə oldu cigər, Güvahi-hal mənə əşki-danə-danə yetər.

Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub, Təraneyi-tərəbim ahi-aşiqanə yetər.

Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid, Mənə nişiməni-dövlət şərabxanə yetər.

Lüğət: Dürd – şərabın dibinə çökən torta, xılt; Əflak – fələklər, göylər; Mərdüm – göz giləsi; xalq, camaat; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əşk – göz yaşı; Bəzm – qonaqlıq, kef məclisi; Xuni – qanlı, qatil; Tərəb – şadlıq; Məsnəd – taxt, söykənəcək yer; Nişimən – oturaq, məskən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.