Əsas məzmuna keç

Qəzəl

Səbrim alıb fələk, mənə yüz min bəla verər

Məhəmməd Füzuli

1

Səbrim alıb fələk, mənə yüz min bəla verər, Az olsa bir məta’, ona el çox bəha verər.

Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən, El şimdi məndən aldığ pəndi mana verər.

Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər Nəxli ki, qan yaşım ona nəşvü nəma verər.

Xaki-dərindir ol ki, dünü gün səvab üçün, Həm ayə sürmə, həm günəşə tutiya verər.

Qılmaz qəbul surəti-iqbal bunca kim, Ayineyi-vücuduma cövrin cila verər.

Ney kimi cismim oldu oxundan dəlik-dəlik, Dəm urduğumca yerli-yerindən səda verər.

Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd, Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.

Lüğət: Bəha – parlaqlıq; işıq, gözəllik, qiymət; dəyər; Xirədmənd – ağıllı; Rütəb – xurma. S; Nəxl – xurma ağacı; Tutiya – gözə çəkilən maddə

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.