Səbəb var, istərəm daim xəti-rüxsari-xubani
Səbəb var, istərəm daim xəti-rüxsari-xubani Ki, vermişdir mənə yarımla ülfət etmək imkani.
Cəfasın çəkdiyim ol xətti-mişkinə qulaməm mən Ki, minlərcə mənə zahir qılıbdır lütf pünhani.
Könül ol gülrüxün gülzari-ruyin seyr edər indi Ki, örtmüşdür xəti-mişkin ilə rüxsari-canani.
Dil açdı ol xəti-mişkininin hər bir səri-muyi, Çağırdı süfrəyi-vəslə o hər qəlbi pərişani.
Cəfadən yanmadı könlüm taparkən xətti-mişkinin, Gecə gəldikdə saldı istilikdən şəmsi-tabani.
Könül, ol müshəfi-ruyin xətindən olma gəl qafil, Müsəlman eyləmiş bu ayə çün ol namüsəlmani.
Pərilər xətti-ruyindən, Füzuli, başqa tilsim yox Ki, etsin aşina hər bir pərirüxsarə insani