Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar
Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar, Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.
Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə, Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar.
Rüxün görgəc olur suzi-dərunü dudi-dil hasil, Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar.
Irağ olsun yaman gözdən, nə xoş saətdir ol saət Ki, mə’şuqilə aşiq eyləyib nazü itab oynar.
Riyayi-zahidi-xüşkün sima’indən nolur hasil, Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab oynar.
Bu qəmlər kim, mənim vardır, bə’irin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.
Qılır göz pərdəsin xunabi-həsrət çak hər dəm kim, Rüxündə ləzzəti-didar zövqindən niqab oynar.
Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın, Binaguşində yarın hər zaman kim, lə’li-nab oynar.
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Bərqi – lame’ – ildırım; Səhab – bulud; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Xüşk – quru; Rəşk – həsəd, qısqanmaq